Qonşusunu bıçaqlayan şəxs məhkəmə zalında HƏBS EDİLDİ

Qonşusunu bıçaqlayan şəxs məhkəmə zalında HƏBS EDİLDİ

Hazırda oxunan: Qonşusunu bıçaqlayan şəxs məhkəmə zalında HƏBS EDİLDİ

247675

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Sahib Babayevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbsə alınıb.

İttihama görə, hadisə 2024-cü ildə Abşeron rayonu, Aşagı Güzdək qəsəbəsində qeydə alınıb.

Belə ki, Sahib Babayev qonşusu, zərərçəkmiş Elşən Dəmirçiyevlə (soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin 6 ay əvvəl onun ünvanına nalayiq ifadələr işlətməsi olub. Bu zaman təqsirləndirilən şəxs əlində olan bıçağın tiyəsi ilə sağ sağrı nahiyəsindən, yumruq və təpiklə sol bazu nahiyəsindən qəsdən vurub yerə yıxıb.
 

Nəticədə Sahib qonşusuna onun sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra Sahib Babayev saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. (Pravda)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO