Şirkətin işçisi hündürlükdən yıxılıb HƏLAK OLDU - Əmək müqaviləsi olmayıb

Şirkətin işçisi hündürlükdən yıxılıb HƏLAK OLDU - Əmək müqaviləsi olmayıb

Hazırda oxunan: Şirkətin işçisi hündürlükdən yıxılıb HƏLAK OLDU - Əmək müqaviləsi olmayıb

247564

“Azmetal Qaynaq” MMC şirkətinin işçisi tikinti zamanı hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, MMC Buzovnada podratçı şirkət olaraq anbar tikintisi aparırmış.

İş zamanı Niyazi Muxtarov yüksəklikdən yıxılaraq dünyasını dəyişib.

İstintaq zamanı müəyyən edilib ki, N.Muxtarov şirkətdə əmək müqaviləsi olmadan işləyirmiş.

Baş verən hadisə ilə bağlı MMC-nin texniki təhlükəsizlik üzrə nəzarətçisi məsuliyyətə cəlb edilib. Onun barəsində şərti cəza təyin edilib.
 

İstintaq zamanı mərhumun ailəsinə maddi dəstək göstərilib, barışıq əldə edilib. Bu səbəbdən mərhumun ailəsi şikayətçi olmayıb.


Qeyd edək ki, MMC-nin təsisçisi İsmayılov Məzahir Abozər oğludur. O, da bu iş üzrə şahid qismində dindirilib.

Nizamnamə kapitalı 10 manat olan MMC bir neçə dövlət layihəsinin icrası üçün keçirilən tenderlərdə qalib olub. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO