Qazimiz “TEKNOFEST”də Ərdoğanla görüşdü - FOTO

Qazimiz “TEKNOFEST”də Ərdoğanla görüşdü - FOTO

Hazırda oxunan: Qazimiz “TEKNOFEST”də Ərdoğanla görüşdü - FOTO

247535

İkinci Qarabağ müharibəsi qazisi Taleh Camalov Şimali Kipr Türk Respublikasında keçirilən “TEKNOFEST” aviasiya festivalında iştirak edib.

Bizim.Media xəbər verir ki, o, festivalda Türkiyə və Şimali Kipr prezidentləri Rəcəb Tayyib Ərdoğan və Ersin Tatarla, eləcə də “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar və digər rəsmi şəxslərlə görüşüb.
 

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsinin qazisi Taleh Camalov oktyabr ayının 27-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmənin minamyotdan açdığı atəş zamanı ağır yaralanıb.


24 yaşlı tankçı döyüşdə göstərdiyi şücaətə görə “Döyüşdə fərqlənməyə görə”, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın alınmasına görə” və "Hərbi xidmətlərə görə” və s. medallarla təltif edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO