Fazil Mustafa “Komediyaxana”dan danışdı: “Səhnəmizdə bayağılığın azalması üçün...”

Fazil Mustafa “Komediyaxana”dan danışdı: “Səhnəmizdə bayağılığın azalması üçün...”

Hazırda oxunan: Fazil Mustafa “Komediyaxana”dan danışdı: “Səhnəmizdə bayağılığın azalması üçün...”

247525

“Komediyaxana”nı izləyirəm. Kiçik istisnalar xaric, çox maraqlı mətn və ifa performansı ilə diqqət çəkir. Əksər hallarda bayağılığa deyil, mənaya gülə bilirsən. Hərdən gülüş epizodlarında özlərini tuta bilməyib gülməkləri də səmimi alınır”.

Bizim.Media xəbər verir ki, bunu özünün Facebook səhifəsində deputat Fazil Mustafa yazıb.

Onun sözlərinə görə, aktyor və rejissor məktəblərinin əsasən tənəzzülə uğradığı bir dönəmdə belə bir aktyor icmasının tamaşaçı qarşısına çıxması sevindiricidir.
 

“Fərqli müəlliflər tərəfindən mətn bolluğu yaratsalar, daha çeşidli tamaşalar göstərə bilərlər. Əslində ayrı-ayrı qruplarda, filmlərdə gördüyümüz aktyorlardır, ancaq buradakı birlikdəlikləri xeyli uğurlu alınıb.


Yaxşıları həvəsləndirmək vacibdir, səhnəmizdə bayağılığın azalması üçün bunların çoxalması vacibdir. Sənətin bütün sahələrində belə olmalıdır. Kimisə sənətdən məcburi uzaqlaşdırmırsan, ancaq gedişatda öz bayağı performasına müştəri tapmaqda çətinlik çəkir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO