DİN kiberdələduzluqla bağlı əhaliyə müraciət edib.
DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, təhlükəsizlik səbəbilə bank kartı məlumatlarını heç kimlə paylaşmaq olmaz.
"Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7000, 2000, 1500, 1013, 675, 600, 350, 323, 300, 220, 170, 128 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - məlumatda deyilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:24 / 03.05.2025
Əhaliyə XƏBƏRDARLIQ: Bu məlumatları paylaşmayın, TƏHLÜKƏ VAR
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ: Bu məlumatları paylaşmayın, TƏHLÜKƏ VAR
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ: Bu məlumatları paylaşmayın, TƏHLÜKƏ VAR
247416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.