Xankəndidə 1300 abonentə təbii qaz VERİLDİ – FOTO/VİDEO

Xankəndidə 1300 abonentə təbii qaz VERİLDİ – FOTO/VİDEO

Hazırda oxunan: Xankəndidə 1300 abonentə təbii qaz VERİLDİ – FOTO/VİDEO

247390

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhərin təbii qaza olan təlabatını ödəmək üçün yenidənqurma və bərpa işləri aparılır.

İnfrastrukturun yenidən qurulması istiqamətində lazımi işlər həyata keçirilir. Artıq Xankəndi şəhərində 1300 abonent təbii qazla təmin edilib. 15 sənaye obyektinə təbii qaz verilib. Böyük qaydışla əlaqədar olaraq əhalinin köçürülməsi üçün nəzərdə tutulan Xocalının Xan yurdu və Təzəbinə kəndlərində qaz xətlərinin çəkilişləri davam edir.

Qeyd edək ki, Xankəndi şəhərində yaşayan əhali fasiləsiz olaraq içməli su, təbii qaz və elektrik enerjisi ilə təmin olunub.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO