Bakıda hansı binaların söküləcəyi bilindi – Təkcə köhnələr deyil…

Bakıda hansı binaların söküləcəyi bilindi – Təkcə köhnələr deyil…

Hazırda oxunan: Bakıda hansı binaların söküləcəyi bilindi – Təkcə köhnələr deyil…

247369

Xəbər verdiyimiz kimi, Bakı şəhərində köhnəlmiş və şəhərin ümumi görünüşünə mənfi təsir göstərən binaların sökülməsi ilə bağlı yeni tədbirlər görülür. Bu məqsədlə, artıq iki xüsusi komissiya yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “globalinfo.az”a danışan memar, professor Cahid Həsənov deyib ki, burada iki istiqamət var:
 

“Əsasən “Xruşovkalar” və daha əvvəlki dövrlərdən qalan tikililər ön plandadır. Mərtəbə sayından asılı olmayaraq, onlar təxminən 50-100 ildir mövcuddurlar və istismar müddətləri başa çatıb.


Xüsusilə texniki baxımdan günümüzün standartlarına cavab vermirlər. İkinci məsələ istismar müddəti başa çatmayan binalarla bağlıdır. Mümkündür ki, bəzi binalar vizual baxımdan yararsızdır. Yəni paytaxtın ümumi memarlıq görkəminə mənfi təsir göstərir. Qərar yaşayış evləri ilə yanaşı, inzibatı binalara da aid edilə bilər. Hətta bir neçə məhəllələrə şamil olunması gündəmdədir”.

Memarın fikrincə, əhali sıxlığı çoxaldıqca, belə tikililərin sökülməsi prosesi sürətlənməlidir:

“Lakin onların yerində çoxmərtəbəli binaların əsasını qoymaq, sıxlığı daha da artırmaq olmaz. Sökülən əraziləri yaşıllıq zolağına qata bilərik. Bakıda binaları sayı azaldılmalıdır. Bir sözlə, şəhərin təbii havalandırması olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO