SON DƏQİQƏ! Bakıdan Varşavaya uçan təyyarə təcili ENİŞ ETDİ

SON DƏQİQƏ! Bakıdan Varşavaya uçan təyyarə təcili ENİŞ ETDİ

Hazırda oxunan: SON DƏQİQƏ! Bakıdan Varşavaya uçan təyyarə təcili ENİŞ ETDİ

247368

Bu gün səhər saatlarında Bakıdan Varşavaya uçuş yerinə yetirən LOT Polish Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarı alıb və məcburi eniş sorğusu göndərib.

Bu barədə Bizim.Media-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, hava gəmisi saat 07:45-də Bakı hava limanına uğurla eniş edib. Enişdən dərhal sonra təyyarəyə tibbi xidmət əməkdaşları yönləndirilmiş, sərnişinə yerində ilkin tibbi yardım göstərilib. Həkimin qərarına əsasən, sərnişinin uçuşu davam etdirməsinə icazə verilməyib və o, tibbi nəzarətə götürülüb.


Eyni zamanda, kapitanın göstərişi ilə hava gəmisinin əlavə texniki baxışa ehtiyacı olduğu bildirildiyindən, digər sərnişinlər təyyarədən təxliyə edilərək hava limanında müvəqqəti yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO