Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nda dəyişikliklər edib.
Bizim.Media xəbər verir ki, Qaydaya əsasən, “ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının magistraturalarına və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
Dəyişikliyə əsasən, magistratura səviyyəsi üzrə Azərbaycan İdman Akademiyasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, “ADA” Universitetinə, Moskva Dövlət Universitetinin Bakı filialına, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, Hərbi Elmi Tədqiqat İnstitutuna, Hərbi İdarəetmə İnstitutuna, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasına, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına və “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)”nə qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
Beləliklə, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına və UFAZ-a da müəyyən etdiyi qəbul prosedurları aparmaq hüququ verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:42 / 02.05.2025
Daha iki ali məktəb qəbul prosedurlarını özləri APARACAQ
Hazırda oxunan: Daha iki ali məktəb qəbul prosedurlarını özləri APARACAQ
Hazırda oxunan: Daha iki ali məktəb qəbul prosedurlarını özləri APARACAQ
247288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.