AZCON-un rəhbərliyinə təyinat olub

AZCON-un rəhbərliyinə təyinat olub

Hazırda oxunan: AZCON-un rəhbərliyinə təyinat olub

247261

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) rəhbərliyində yeni təyinat olub.

Bizim.Media xəbər verir ki, Vüqar Mirzəzadə AZCON-un icraçı direktoruna müavin təyin edilib.

Vüqar Mirzəzadə 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində kommersiya ixtisası üzrə bakalavr, Qlazqo Universitetində idarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistratura təhsili alıb.

Vüqar Mirzəzadə beynəlxalq səviyyədə tanınan “CFA” (Chartered Financial Analyst) Institute tərəfindən keçirilən bütün imtahan mərhələlərini uğurla tamamlayaraq “CFA Charterholder” statusunu əldə edib.

2013-2020-ci illərdə Bank VTB (Azərbaycan) ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.
 

30 yanvar 2020-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi vəzifəsinə təyin olunub.


1 oktyabr 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

6 sentyabr 2024-cü ildən son təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.

2021-ci ildə keçirilmiş birinci “Yüksəliş” müsabiqəsinin qalibidir. (apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO