Jurnalistlərin binasının qarşısında qəza baş verdi – Yenə eyni səbəbdən

Jurnalistlərin binasının qarşısında qəza baş verdi – Yenə eyni səbəbdən

Hazırda oxunan: Jurnalistlərin binasının qarşısında qəza baş verdi – Yenə eyni səbəbdən

24723

Səbail rayonu, Yeni Salyan şosesi 22-də (Jurnalistlərin binası) 3 avtomobilin  iştirakı ilə zəncirvari qəza baş verib. Qəza nəticəsində avtomobillərə ziyan dəyib.

Bizim.Media-nın məlumatına görə bu barədə politoloq Elçin Mirzəbəyli feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, qəzaya səbəb sürət həddidir:

“Elə bir gün yoxdur ki, burada qəza baş verməsin, insanların sağlamlığına, nəqliyyat vasitələrinə ziyan dəyməsin... Bütün qəzalar da eyni səbəbdən baş verir. Yaşayış məntəqəsi ərazisindən keçən və bir neçə piyada keçidinin olduğu yolda sürət həddinin saatda 80 kilometr olmasından”

E. Mirzəbəylinin fikrincə, heç bu sürət həddinə əməl edən də yoxdur:

“Digər tərəfdən, yolda geriyə dönməni qadağan edən nişan olmadığı üçün işıqfordan geriyə dönmə hərəkətinin yerinə yetirilməsi zamanı qəzalar baş verir və bu, bir neçə ildir ki, davam edir...”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO