"Media məkanında şəxslərin şərəf və ləyaqətinin müdafiəsi məsələlərinə müəyyən qədər diqqət ayrılsa da, təəssüf ki, vətəndaşların şəxsi həyatının toxunulmazlığı, şəxsi və ailə sirri kimi konstitusion hüquqlarının qorunması ilə bağlı vəziyyət heç də ürəkaçan deyil".
Bizim.Media xəbər verir ki, bunu Ali Məhkəmə Kollegiyasının sədri Sənan Hacıyev mayın 2-də Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forumda deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum KEÇİRİLİR - FOTO
"Xüsusilə televiziya verilişlərində bu hüquqlara qanunazid müdaxilə adət halı alıb.
Bütün bunlar nəzərə alınaraq, bu istiqamətdə müvafiq hüquqi tənzimləmənin həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda Ali Məhkəmə tərəfindən mühüm qərarların qəbulu nəzərdə tutulub".
Onun sözlərinə görə, Ali Məhkəmə teleməkanda şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması ilə bağlı qərarlar qəbul edə bilər.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media