NAXÇIVAN DUZU – Uşaqlarda əqli geriləmə və asılılıq FƏLAKƏTİNİ ÖNLƏYİN!

NAXÇIVAN DUZU – Uşaqlarda əqli geriləmə və asılılıq FƏLAKƏTİNİ ÖNLƏYİN!

Hazırda oxunan: NAXÇIVAN DUZU – Uşaqlarda əqli geriləmə və asılılıq FƏLAKƏTİNİ ÖNLƏYİN!

24717

İnsanın sağlam həyat tərzi sürməsi üçün sağlam qidalanması lazımdır. Hər bir orqanizm özünə lazım olan mineral və vitaminləri gündəlik qidası vasitəsilə qəbul etməlidir. Bu balans pozulduqda insan sağlamlığı ilə vidalaşmağa hazır olmalıdır.

90-ci illərdən başlayaraq həyatımıza girən tez hazırlanan qidalar, dondurulmuş məhsullar bizi hər gün bir addım təhlükəli xəstəliklərə yaxınlaşdırır. Bu qidalar əsasən də azyaşlıların menyusuna daxil olduqda daha acınacaqlı nəticələrə gətirib çıxarır.

Sağlam qidalanma üzrə ekspert-təlimçi Məhsəti Hüseynova Bizim.Media açıqlamasında bu təamların hazırlanmasında istifadə olunan zərərli maddələrdən danışıb.

“Məlumdur ki, tez hazırlanan qidalarda istifadə olunan məhsulların mənşəyi məlum deyil. Uzun müddət qalması və tez xarab olmaması üçün bu qidalara müxtəlif qatqılar əlavə olunur. Bəzən burgerlərin tərkibində ətdən əsər-əlamət olmur. Onların hər biri kimyəvi qatqı maddələrdən ibarət bir kütlədir. Bu qidaların tərkibində "Çin duzu" kimi tanınan "Monosodium qlutamad" var. Bu qidalardan istifadə edən insanlarda 5-ci dad ümami yaranır və bu da asılılığa gətirib çıxarır. Asılılıq yarandığı üçün də bu cür təamlara təlabat da çoxalır. Bundan sonra insanlar sağlam qidaları qəbul etdikdə bu dadlar onlara xoş gəlmir”.

Mütəxəssis bu xoşagəlməz halın aradan qaldırma yollarından da söz açıb. O, bildirib ki, bu məsələdə adi bir məhsul köməyimizə gələ bilər. 

“Ümami dadını aradan qaldırmaq üçün bildiyimiz Naxçıvan qaya duzunu bir həftə boyunca yeməkdən 10-15 dəqiqə əvvəl dil üzərində sovurmaqla yox etmək olur. Bu prosesi 1 həftə edib, 15 gün ara vermək lazımdır. Daha sonra isə yenidən 1 həftə prosesə davam etmək lazımdır. Bununla siz ümami dadından birdəfəlik yaxa qurtara bilərsiniz”.

Məhsəti Hüseynova həmçinin bildirib ki, qazlı içkilərdə də bu cür təhlükəli maddələr var. O, qeyd edib ki, bu içkilər daha çox uşaqlar üçün təhlükəlidir.

“Daha bir təhlükəli maddə isə “Monopotasium qlutamad”dır. Bu əsasən qazlı içkilərin tərkibində var. Bu maddə uşaqların mərkəzi beyin sisteminin inkişafını iflic edir və azyaşlılarda əqli geriləmələr baş verir. Adətən fast-food qidaları qazlı içkilərlə birlikdə istifadə olunur. Bu da var olan təhlükəni daha da artırır. Bundan başqa tez, ayaqüstə yeyilən qidalar düzgün həzm olunmur və orqanizmdə şəkər xəstəliyinə meyillilik artır. Bu zaman qaraciyər də öz funksiyasını itirir”. 

Ekspert bir çox araşdırmalara görə, həftədə 3-4 dəfə fast-foodla qidalanan uşaqlarda əqli cəhətdən geriləmələr müşahidə olunduğunu da qeyd edib.

“Elə bu səbədən də son zamanlar uşaqlar arasında özünə qapanma, depresiya kimi psixoloji durumlar artıb. Hazırda tibdə insulin dirənci probleminin geniş vüsət almasına da məhz tez hazırlanan qidalar səbəb olur. Bundan başqa fast-food uşaqlarda ağız və diş problemlərinə, alergiyalara və maddələr mübadiləsinin pozulmasına da gətirib çıxarır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO