Fulya Öztürk Azərbaycana gəldi – FOTO

Fulya Öztürk Azərbaycana gəldi – FOTO

Hazırda oxunan: Fulya Öztürk Azərbaycana gəldi – FOTO

24705

Türkiyənin “CNN Türk” telekanalının jurnalisti, 2-ci Qarabağ müharibəsində işğaldan azad edilən ərazilərdən, Gəncə və Bərdə faciələrindən dəfələrlə reportajlar hazırlayan Fulya Öztürk yenidən Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, o, səfəri ilə bağlı “Tvitter”də paylaşım edib:

“Can Azərbaycana ayaq basan kimi bizi böyük sevgi ilə qarşıladılar. Hər şey üçün təşəkkürlər”.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəli səfir Cahid Bağçı Şuşadan TVİT yazdı – FOTO


Qeyd edək ki, Fulya Öztürk 5 yanvar 1989-cu ildə Türkiyənin Adana şəhərində anadan olub. O, orta məktəbi Adana Gündoğdu Kollecində bitirib.

Öztürk 2006-cı ildə Mərmərə Universiteti Rabitə fakültəsinə qəbul olub. Növbəti il, o, "Doğan" TV-nin "Staj On Air" verilişi ilə "Star" TV-yə qoşulub. Öztürk peşəkar fəaliyyətinə 2008-ci ildə, "CNN Türk" kanalının verilişlər departamentində başlayıb, 3 il redaktor kimi çalışıb.

O, daha sonra Başkənd Rabitə Akademiyasında nitq və dram üzrə təhsil alıb. Öztürk 2010-cu ildə "CNN Türk" xəbərlər mərkəzində işləməyə başlayıb, xeyli sənədli filmin və xəbərin ssenarisini yazıb.

O, 2013-cü ildə müxbir kimi əsasən müharibə mövzularına toxunub.

Suriyada vətəndaş müharibəsi, Afrikada təbii fəlakətlər, Birmada Rohinca soyqırımı və Azərbaycanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncə və Bərdə faciələrini əhatə edən Öztürk "İlin müxbiri" və "Ən yaxşı özəl xəbər" kateqoriyalarında onlarla mükafata layiq görülüb. O, hal-hazırda "CNN Türk" xəbər mərkəzinin kəşfiyyat müdirinin müavini kimi çalışır.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO