Təbriz-Bakı-Təbriz aviareysi bərpa EDİLƏCƏK?

Təbriz-Bakı-Təbriz aviareysi bərpa EDİLƏCƏK?

Hazırda oxunan: Təbriz-Bakı-Təbriz aviareysi bərpa EDİLƏCƏK?

247029

Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir.

Bizim.Media İran KİV-inə istinadən xəbər verir ki, bunu qonşu ölkənin Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərmast bildirib.

Onun sözlərinə görə, bu, iki ölkə arasında iqtisadi, o cümlədən turizm əlaqələrinin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Bundan başqa, B.Sərmast qeyd edib ki, İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi barədə razılıq əldə olunub:

"İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri zamanı Azərbaycanda təhsil alan İran tələbələri üçün sərhəd keçidinin sadələşdirilməsi, həmçinin İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi və birgə elmi-tədqiqat və texnoloji layihələrin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub". (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO