Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihədə aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir:
- Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi - 15 manat
- Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi - 15 manat
- Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi - 10 manat
- Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi - 10 manat
- Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi - 10 manat
- Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi - 10 manat
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 01.05.2025
Yeni rüsumlar qüvvəyə MİNİR – 15 manat TƏLƏB OLUNACAQ
Hazırda oxunan: Yeni rüsumlar qüvvəyə MİNİR – 15 manat TƏLƏB OLUNACAQ
Hazırda oxunan: Yeni rüsumlar qüvvəyə MİNİR – 15 manat TƏLƏB OLUNACAQ
247026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.