Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib.
Qeyd edilib ki, şöbəyə qəbul edilən xəstələrdən 68 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 1-i spirtli içkidən, 6-sı ilan sancmasından zəhərlənən şəxslərdir.
Həmçinin onlardan 4 nəfər dəm qazından, 5 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 1 nəfər anafilaktik şok, 1 nəfər yandırıcı məhluldan, 1 nəfər neft məhlulundan, 1 nəfər yabanı bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:10 / 01.05.2025
126 nəfər zəhərləndi, 4 nəfər həyatını İTİRDİ – RƏSMİ
Hazırda oxunan: 126 nəfər zəhərləndi, 4 nəfər həyatını İTİRDİ – RƏSMİ
Hazırda oxunan: 126 nəfər zəhərləndi, 4 nəfər həyatını İTİRDİ – RƏSMİ
246998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.