İsmayıllıda avtomobil qəzası baş verib.
Bizim.Media xəbər verir ki, sürücü Naxçıvan sakini 2000-ci il təvəllüdlü Şirinov Abdurezzaq İntiqam oğlu idarə etdiyi “Hyunday” markalı avtomobildə idarəetməni itirərək maşını aşırıb.
Hadisə nəticəsində, avtomobilin sürücüsü və sərnişinlər Naxçıvan sakinləri 1965-ci il təvəllüdlü Abbasov İsa Teyyub oğlu, 1968-ci il təvəllüdlü Abbasova Zəminə Vahid qızı və müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (APA)
Bizim.Media