“Qadın evdə “komandir” olsa, xeyir-bərəkət gedir” – Akif İslamzadə

“Qadın evdə “komandir” olsa, xeyir-bərəkət gedir” – Akif İslamzadə

Hazırda oxunan: “Qadın evdə “komandir” olsa, xeyir-bərəkət gedir” – Akif İslamzadə

246902

“Bu gün bütün dünyada matriarxatlıq hökm sürür. Mən bunun əleyhinəyəm, qadınların yox. Dövlətçiliyi dağıtmaq üçün birinci ailə institutuna zərbə vurmaq lazım gəlir. Bunu da əxlaqsızlıq vasitəsilə edirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri "yenisabah.az”a açıqlamasında müğənni Akif İslamzadə bildirib.

O, kişi müəllimlərə məktəbdə nə qədər ehtiyac olduğunu belə ifadə edib:

“Bağça və ibtidai sinifdə əksər müəllimlərimiz qadın olub. Bu ayrı məsələdir. Ancaq orta məktəb dövründə kişi müəllimlərinə böyük ehtiyac var. Evdə də eynilə, nə vaxt ki, qadın və kişi çiyin-çiyinə yoldaşlıq edirsə, o evdə harmoniya var. Elə ki qadın evdə “komandir” oldu, vəssalam. O evdən xeyir-bərəkət gedir, bütün mütənasiblik pozulur. İstisnalar var, tarixdə də görmüşük. Ancaq biz çoxluqdan danışırıq”.

O vurğulayıb ki, kişi müəllimlərin məktəbə qayıtması üçün təhsil sistemi kökündən dəyişilməlidir:

“Onların məktəbdən uzaq düşməsinin səbəbləri var. Səbəbsiz heç nə olmur. Yadınızda saxlayın. Təsadüf deyə bir şey yoxdur. Elə bir şey olsaydı, təkcə Yer kürəsi yox, kainatın düzəni çoxdan pozulardı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO