“Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

“Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

Hazırda oxunan: “Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

246885

Sosial şəbəkələrdə yeni hakkerlər peyda olub. İnsanlardan pul tələb edərək güya əlaqə nömrəsi ilə istənilən şəxsin Whatsappını 1 aylıq izləyə bilirlər.

Bəs həqiqətən də bu mümkündür? Belələri barədə hansı məsuliyyət nəzərdə tutulur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Ramil Əfəndi bildirir ki, ilk növbədə insanların bu şəkildə aldadılması kibercinayətdir, ancaq, həqiqətən də belə bir şey baş verirsə, bu artıq kompüter məlumatlarının qeyri-qanuni ələ keçirilməsidir:

“Bildirim ki,  bu hal AR Cinayət Məcəlləsinin müvafiq maddəsiylə sanksiyalaşmış əməllər hesab edilir. 271 - ci maddəyə görə qəsdən kompüter məlumatlarına  ələ keçirmək niyyəti ilə daxil olmaq iki ilə qədər azadlıqdan məhrumolma ilə cəzalandırılır.

Eyni zamanda əgər bunu  bacarmırsa, insanları aldadaraq belə bir əməl törədirsə, AR Cinayət Məcəlləsinin 178 – ci maddəsinin təsir dairəsinə düşür, bu isə dələduzluq hesab olunur, buna görə isə 1000 manatdan 2000 manata qədər cərimə və iki ilə yaxın azadlıqdan məhrum edilmə ilə cəzalandırılır”, - deyə vəkil bildirib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO