Abituriyentlərin NƏZƏRİNƏ! İmtahanların saatı dəyişdi

Abituriyentlərin NƏZƏRİNƏ! İmtahanların saatı dəyişdi

Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ! İmtahanların saatı dəyişdi

246869

Mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanılacaq.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

 Abituriyentlərin NƏZƏRİNƏ – Sabah son gündür


Bildirilib ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.

Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO