“Xanımlar bəyləri həddindən artıq nəzarətdə saxlayır, bəy də həmin xanımı itirməkdən qorxmur, çünki əmin olur ki, yoldaşı onu sevir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib. Onun sözlərinə görə Azərbaycanda son vaxtlar ən çox boşanmaya görə psixoloqa müraciət edilir:
“Boşanmaların çoxu xəyanət motivlidir. Problemlər isə qadının çox şübhəci, həyat yoldaşını nəzarətdə saxlamasından yaranır.
Psixoloqa müraciət mübahisələr olanda olmalıdır, ancaq bizdə isə boşanma həddinə çatdıqda olur. İnsanlar arasında sevgidən çox, hörmət olmalıdır. Əgər hər gün döyülürsənsə, uşaqlarının önündə təhqir olunursansa, cəmiyyətə şiddətə meyilli uşaqlar yetişdirirsən”.
Bəs bu mövzuda ən çox kişilər müraciət edir, yoxsa qadınlar?
Psixoloq bu məsələdə daha çox qadınların üstələndiyini deyib:
“Bu problemlərdən ən çox xanımlar müraciət edir. Çünki onlar bəylərin ciblərini, telefonlarını, maşınındakı bəzi yerləri nəzarətdə saxlayır. Axtaran insan hər zaman tapır, ona görə də çalışmalıyıq ki, nəyisə axtarmayaq. Biz axtaranda axtardığımızın 5% doğru olma ehtimalı varsa, onu doğru etmək üçün əlimizdən gələni edəcəyik”.
Gülnar Orucova efirlərdə çıxış edən bəzi ekspertlərlə bağlı da öz iradını bildirib.
“İnsanlar psixoloqa müraciət əvəzinə, hər hansı bir verilişdə şəxsi, ailəvi problemlərini sosiallaşdırırlar. Oradakı ekspertlər isə əvvəlkilər kimi deyil. İndiki ekspertlər bir neçə dəfə boşanıb və hətta ekspert efirdə "mən həyat yoldaşıma necə xəyanət elədim" fikrini səsləndirir. Bu da yaxşı bir örnək deyil. Son dönəmin ekspertlərini diqqətdən keçirsək, görərik ki, onlar ekspert adına layiq deyillər”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:00 / 30.04.2025
“Qadınlar kişiləri həddindən çox nəzarətdə saxlayır”- Psixoloq
Hazırda oxunan: “Qadınlar kişiləri həddindən çox nəzarətdə saxlayır”- Psixoloq
Hazırda oxunan: “Qadınlar kişiləri həddindən çox nəzarətdə saxlayır”- Psixoloq
246846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.