“20 Yanvar”da özünü maşınların altına atan şəxslə bağlı DİN-dən AÇIQLAMA – VİDEO

“20 Yanvar”da özünü maşınların altına atan şəxslə bağlı DİN-dən AÇIQLAMA – VİDEO

Hazırda oxunan: “20 Yanvar”da özünü maşınların altına atan şəxslə bağlı DİN-dən AÇIQLAMA – VİDEO

246839

Avtomobil yoluna çıxaraq sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən şəxslərin hərəkətləri ilə bağlı tədbirlər görülür.

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxs “20 Yanvar”da özünü qəsdən maşınların altına atır – ANBAAN VİDEO


DİN sözcüsü qeyd edib ki, sürücülər belə halla rastlaşdıqda dərhal polisə məlumat verillməlidir:

"Əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşılmamalıdır. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi başqalarını da eyni hədəyə məruz qoya bilər".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Bakının Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vasitələrinin altına atır.
Bizim.Media


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO