Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qayda DƏYİŞDİ

Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qayda DƏYİŞDİ

Hazırda oxunan: Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qayda DƏYİŞDİ

246746

Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydasına dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 

Qərara əsasən, müraciətə baxılarkən 7 (yeddi) gün müddətində Dövlət Təhlükəsizliyi Xidmətindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir.


Dəyişikliyə əsasən, artıq xarici media subyektlərinin nümayəndələrinə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən rəy alınacaq.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 (on beş) gündən artıq olmamaq şərtilə Müdafiə Nazirliyində baxılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO