Sumqayıtda qonşusunu bıçaqlayıb qaçan şəxsə HÖKM OXUNDU

Sumqayıtda qonşusunu bıçaqlayıb qaçan şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Sumqayıtda qonşusunu bıçaqlayıb qaçan şəxsə HÖKM OXUNDU

246743

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində kafedə qonşusunu bıçaqlamaqda təqsirləndirilən Tərlan Nemətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Nemətov yeddi il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindəki "Balıqçı" kafesində baş verib.
 

Qeyd edək ki, Sumqayıt şəhər sakini T.Nemətov spirtli içki qəbul edib "Balıqçı" kafesinə gəlib və orada yenidən pivə sifariş vermək istəyib.


Kafedə ofisiantı axtaran Tərlan orada Sumqayıt sakini Elmar Qədimovla rastlaşıb. Bu vaxt Elmar Tərlanı nalayiq ifadələrlə təhqir edib, kafedən çıxarıb. Nəticədə onlar arasında mübahisə yaranıb və T. Nemətov kafenin həyətində üzərində gəzdirdiyi bıçaqla Elmar Qədimovu bıçaqlayıb.

E.Qədimovun xəsarət aldığını görən Tərlan hadisə yerindən qaçıb şəhər ərazisindəki məktəblərdən birinin həyətində gizlənib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən T.Nemətov saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO