Memarlıq abidəsi statusu verilən TİKİLİLƏR - SİYAHI

Memarlıq abidəsi statusu verilən TİKİLİLƏR - SİYAHI

Hazırda oxunan: Memarlıq abidəsi statusu verilən TİKİLİLƏR - SİYAHI

246728

Tarix və mədəniyyət abidələrinin siyahısı artırlıb. Ötən gün Baş nazir Əli Əsədovun imzası ilə “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Qərara dəyişiklik edilib.

Həmin qərara əsasən, bir sıra əhəmiyyətli tikililər memarlıq və arxeoloji abidələr siyahısına əlavə edilib.

Bizim.Media həmin siyahını təqdim edir.

Qərara görə, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Heydər məscidi memarlıq abidəsi sıralarına daxil edilib.

Həmçinin, Binəqədi və Biləcəri qəsəbələrində əvvəllər memarlıq abidəsi kimi qeyd olunan tikililərin dəqiq tarixi və ünvanı da qərarda əks olunub. Belə ki, Biləcəri qəsəbəsində 1658-ci ilə aid olan məscid, Binəqədi qəsəbəsində 1915-1916-cı illərə aid Hacı Əmrah hamamı, 1914-cü ilə aid inzibati bina, 1818, 1909-1914-cü illərə aid məscid və minarələrin tarixi qeyd olunub.

Bundan başqa, əvvəlki qərarda yer alan Abşeron rayonu üzrə 4000-4012-ci bəndləri ləğv edilib.

Əvəzində 2573-1 – 2573-8-ci bəndlər əlavə edilib. Bu bəndlərdə Əlimurad hamamı, Məmməd Həsən hamamı, Hacı Ağa Murad hamamı, Suyurma qülləsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin binası, Müqəddəs Varfolomey kilsəsi, İnzibati bina (“Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri Yol Sahəsinin binası), Bakı şəhəri 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin binası əlavə edilib.

Arxeoloji abidələrə isə Biləcəri qəsəbəsi, Xocasən qəsəbəsində yerləşən XX əsrə aid Ovdan daxil edilib. Qeyd edək ki, köhnə Qərarda yer alan “Xocahəsən” sözü “Xocasən” sözü ilə əvəz edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO