Ballıcada 15 ailəyə mənzillərin açarları verildi - FOTO

Ballıcada 15 ailəyə mənzillərin açarları verildi - FOTO

Hazırda oxunan: Ballıcada 15 ailəyə mənzillərin açarları verildi - FOTO

246692

Aprelin 29-da Respublikanın müxtəlif şəhər və rayonlarından yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Xocalının Ballıca kəndinə köçən 15 ailədən ibarət 68 nəfərə mənzillərin açarları təqdim olunub.

 

Öz doğma evinə qayıdan keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri də diqqətdə saxlanır.Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.


Biz Xocalını əvvəlkindən də gözəl, abad və firavan bir məkana çevirəcəyik deyən T. Kərimli Ballıcaya köç edən sakinlərə yeni evlərində xoşbəxt həyat arzulayıb. Qeyd edək ki, Ballıca kəndində 172 ailənin, yəni 811 nəfərin daimi məskunlaşması təmin olunub. Kəndə keçmiş məcburi köçkün ailələrinin köçürülməsi prosesi bundan sonra da davam edəcək.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO