"Çelsi" 80 milyon avroya aldığı futbolçunu 27 milyona satır

"Çelsi" 80 milyon avroya aldığı futbolçunu 27 milyona satır

Hazırda oxunan: "Çelsi" 80 milyon avroya aldığı futbolçunu 27 milyona satır

246619

"Çelsi" "Lester Siti"dən 80 milyon avroya transfer etdiyi mərkəz müdafiəçisi Uesli Fofanadan yaxa qurtarmaq qərarına gəlib.

Bizim.Media "Foot Mercato"ya istinadən xəbər verir ki, "Çelsi" futbolçu üçün həm tam transfer, həm də icarə təkliflərini nəzərdən keçirməyə hazırdır.

Hazırda 24 yaşlı fransalıya ən böyük marağı "Marsel" göstərir.

Xatırladaq ki, aprelin əvvəlində Fofana bud nahiyəsindən zədə alıb və əməliyyat olunub və cari mövsümün sonunadək sıradan çıxıb.

Fofananın "Çelsi" ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub və mərkəz müdafiəçisinin transfer dəyəri 27 milyon avro olaraq qiymətləndirilir. 2022-ci ilin yayında London klubu müdafiəçi üçün "Lester Siti"yə 80 milyon ödəyib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO