Ağacları kəsən şirkət cəzalandırıldı

Ağacları kəsən şirkət cəzalandırıldı

Hazırda oxunan: Ağacları kəsən şirkət cəzalandırıldı

246488

Aprelin 26-da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirlər çərçivəsində Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində “Ailə park” MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyi və  təbiətə 13380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

İdarənin rəisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub.
 

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır:


“Kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün “Ailə park” MTK-ya tapşırıq verilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO