SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Qazaxın Azərbaycana qaytarılan kəndində minaya düşdü

SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Qazaxın Azərbaycana qaytarılan kəndində minaya düşdü

Hazırda oxunan: SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Qazaxın Azərbaycana qaytarılan kəndində minaya düşdü

246476

İşgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində 2025-ci il 28 aprel tarixində mina hadisəsi baș verib.

Bizim.Media xəbər verir ki, Agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. 

Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, Qazax rayonunun Qızılhacılı kəndi 19 aprel 2024-cü il tarixində əldə olunmuş razılaşmaya əsasən Azərbaycana qaytarılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO