NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı

NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı

Hazırda oxunan: NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı

246463
Günəş tacını tədqiq etmək üçün NASA tərəfindən kosmosa göndərilən "Parker Solar Probe" aparatı Günəşə yaxınlaşıb.

Moderator.az "ölkə.az"-a istinadən bildirir ki, bu barədə NASA-dan açıqlama verilib.

"Günəşin ölümcül istisi və radiasiyası ilə qarşılaşan "Parker Solar Probe" kosmik aparatımız Günəşə ilk yaxınlaşmasını həyata keçirib. Aparat günəşin 24 milyon kilometrliyindədir. Bu, rekord göstəricidir", - deyə açıqlamada bildirilib.

NASA-dan bildirilib ki, kosmik zond 343 min kilometr/saat xa0sürətlə hərəkət edir. Maksimum yaxınlaşma nöqtəsində 19.9 milyon selsi dərəcə qeydə alınıb.

29 oktyabr tarixində isə alman-amerikan zondu "Hellios" Günəşə 26 milyon kilometr məsafədə yaxınlaşmışdı.

Astro fizik Yucin Parkerin şərəfinə adlandırılan "Parker Solar Probe" kosmik aparatı avqust ayında kosmosa göndərilib. 7 il ərzində Günəşin ətrafında 24 dövrə vuracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO