Bakıda itkin düşən qızların evdən niyə qaçdığı məlum olub - VİDEO

Bakıda itkin düşən qızların evdən niyə qaçdığı məlum olub - VİDEO

Hazırda oxunan: Bakıda itkin düşən qızların evdən niyə qaçdığı məlum olub - VİDEO

246339

2008-ci il təvəllüdlü X.A və 2007-ci il təvəllüdlü X.R.-in yoxa çıxmasının təfərrüatları məlum olub.

Bizim.Media xatırladır ki, qızlar 10 günlük axtarışlardan sonra Bakının Sabunçu rayonunun Maştağa kəndində tapılıb.

Qızlardan birinin xalası Baku TV-yə müsahibəsində yeniyetmələrin başqa qadının evində olduğunu bildirib.
 

"Yetkinlik yaşına çatmayanlardan biri bu evdə yaşayan bir oğlanla münasibətdə olub və onunla evlənmək niyyətinə düşüb. Valideynlərindən qorxaraq onun yanına qaçıb. Evdə üç qız, iki gənc və onların anası olub. İtkin düşənlərdən biri ilə telefonla danışdım, onu götürməyimi istədi. Səhər saat üç radələrində onları polis bölməsinə aparıblar.


Onlar hazırda sosial xidmət orqanlarının nəzarətindədirlər. İkinci qız isə valideynlərinin xəbəri olmadan evi tərk edib. O, oğlanlarla ünsiyyət qurmayıb" deyə qadın əlavə edib.

Qızlardan birinin anası isə qızının oğlanlarla heç vaxt əlaqə saxlamadığını deyib.

Daha ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO