İcarəyə götürdüyü "Mercedes-Benz"i hissələrə bölərək satan şəxs həbs edilib. O, daha əvvəl də məhkəmə qərarını icra etmədiyinə görə həbs edilibmiş.
Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, 35 yaşlı Xəlil "Mercedes Vito" markalı avtomobili aylıq 1500 manata icarəyə götürüb.
Bir müddət sonra icarə haqqını ödəməyib. Bu azmış kimi, Ramil Rüstəmova məxsus avtomobili hissələrə bölərək satıb. Bununla da avtomobilin sahibi olan Ramil Rüstəmova 25 min manat ziyan dəyib.
Əməlindən peşman olduğunu deyən Xəlil zərəri ödəməyib. Məhkəmənin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:37 / 26.04.2025
İcarəyə götürdüyü avtomobili hissələrə bölüb satan şəxs CƏZALANDIRILDI
Hazırda oxunan: İcarəyə götürdüyü avtomobili hissələrə bölüb satan şəxs CƏZALANDIRILDI
Hazırda oxunan: İcarəyə götürdüyü avtomobili hissələrə bölüb satan şəxs CƏZALANDIRILDI
246245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.