"Analarının dərdini bilən insan lazım idi" -Şəhid Anaları Komitəsinə sədr seçilən xalq artisti

Hazırda oxunan: "Analarının dərdini bilən insan lazım idi" -Şəhid Anaları Komitəsinə sədr seçilən xalq artisti

246239
“Biz bu yaxşılığı şəhid analarına borc bilməsək, onda bizim bir-birimizə olan hörmətimiz də itər”

Bunu Moderator.az-a açıqlamasında Şəhid Anaları Komitəsinə yenicə sədr seçilən xalq artisti Flora Kərimova deyib. F.Kərimova bildirib ki, bu onun üçün bir fəxrdir:

“Dərd birdimi, ikidimi, bu gün şəhid analarının dərdinə, ağrısına şərik olmaq, yanlarında olmaq, əl uzatmaq bizim borcumuzdur. Mən çox istəyərdim ki, xoşbəxt analarla üz-üzə duram, ancaq təəssüflər olsun ki, gələcəyimiz olan övladlarımızı biz toprağa tapşırdıq. İnş Allah düşünürəm ki, müharibə bizim qələbəmizlə nəticələnəcək, bu yarı cür ola bilməz. Onsuz da həmişə şəhid analarının yanında oluram və çox sağ olsun ki, məni buna layiq bilərək komitəyə sədr seçdilər. Çünki şəhid analarının dərdini bilən və buna layiq olan bir insan lazım idi və buna məni layiq gördülər. Bu mənim üçün böyük fəxrdir ki, şəhid analarımızın yanında dura, əl uzada və təskinlik verə, onlarla birlikdə göz yaşı tökə bilirəm. Hər bir qadın anadır, fərqi yoxdur, övladı şəhid oldu və ya olmadı. Düşünürəm ki, mənim üçün bu böyük bir hadisədir. Biz bu yaxşılığı şəhid analarına borc bilməsək, onda bizim bir-birimizə olan hörmətimiz də itər. Çalışacam ki, mənə tapşırılan işə layiq olum”.xa0

Qeyd edək ki, Sabitlik və inkişaf Mərkəzi İctimai Birliyinin nəzdində Şəhid Anaları Komitəsi yaradılıb və xalq artisti Flora Kərimova həmin komitəyə sədr seçilib.xa0xa0


Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO