Siyəzəndə partlayıcı qurğu AŞKARLANDI - ÖZƏL/FOTO/VİDEO

Siyəzəndə partlayıcı qurğu AŞKARLANDI - ÖZƏL/FOTO/VİDEO

Hazırda oxunan: Siyəzəndə partlayıcı qurğu AŞKARLANDI - ÖZƏL/FOTO/VİDEO

246207

Xəzər dənizinin Siyəzən rayonunun Böyük Həmyə kəndindən keçən hissəsində sahildən 250 metr aralıda partlayıcı qurğu (partlamamış ) aşkar olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə FHN-nin 112 qaynar xəttinə məlumat daxil olub. Məlumat FHN-nin Şimal Regional Mərkəzinə ötürülüb.

Aşkar edilmiş partlayıcı qurğu barədə Syəzən icra hakimiyyəti, Polis şöbəsi və BVİM-nə də məlumat verilib.

Məlumatı Bizim.Media-ya Siyəzən icra hakimiyyəti başçısının Böyük Həmyə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Məmmədov verib.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO