Piyadanı döyən “BakuBus” sürücüsü ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

Piyadanı döyən “BakuBus” sürücüsü ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Piyadanı döyən “BakuBus” sürücüsü ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

246167

Xəbər verdiyimiz kimi Bakıda avtobus sürücüsü piyadanı döyüb. "BakuBus" MMC-yə məxsus 11 saylı "90 JY 786" dövlət nömrə nişanlı avtobusun sürücüsü piyada ilə mübahisəyə başlayıb. Ardınca mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Sürücü piyadanın üzünə yumruqla vuraraq qaşını partladıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Bizim.Media-ya bildirib ki, aprelin 25-də paytaxtın Nərimanov rayonu ərazisində avtobus sürücüsü ilə piyada arasında mübahisə baş verməsi barədə daxil olmuş məlumat üzrə ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qalmaqallı avtobus sürücüsü piyadanı DÖYÜB – VİDEO


Tərəflərin izahatı alınıb. Yol üstünlüyü ilə bağlı aralarında anlaşılmazlıq yarandığını bildirərək qarşılıqlı şikayətlərinin olmadığını qeyd ediblər.

Hazırda araşdırma davam etdirilir.

Qeyd edək ki, "BakuBus" MMC-yə məxsus marşrutu idarə edən Ramin Təhməzov bu ilin mart ayında qəza törədib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO