Şəkidə dörd gün əvvəl baş verən ağır yol qəzasında ağır xəsarət alan 9 yaşlı oğlan xəstəxanada ölüb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində müalicə alan 9 yaşlı Kənan
Təvəkkül oğlu Şirəlizadə axşam saatlarında həyatını itirib.
Qeyd edək ki, aprel ayının 22-i gecə saat 02 radələörində 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobill idarəetmədən çıxaraq yolun kənarındakı aöaca çırpılmışdı.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü T. Şirəliyev xəstəxanaya daxil olduqdan bir qədər sonra ölmüşdü. Oğlu K. Şirəlizadə isə koma vəziyyətdə Şəki RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilimişdi.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:47 / 25.04.2025
Şəkidə qəzada xəsarət alan 9 yaşlı uşaq 4 gün sonra xəstəxanada öldü
Hazırda oxunan: Şəkidə qəzada xəsarət alan 9 yaşlı uşaq 4 gün sonra xəstəxanada öldü
Hazırda oxunan: Şəkidə qəzada xəsarət alan 9 yaşlı uşaq 4 gün sonra xəstəxanada öldü
246124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.