“Minsk qrupu məhz Qarabağ məsələsini həll etmək üçün təsis edilmişdi və artıq ərazilərimiz işğaldan azad edilib. Ona görə də Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Ferudin Sinirlioğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Ermənistan da Minsk qrupunun ləğvi istiqamətində zəruri addımlar atmalıdır. Bu proses nə qədər tez həyata keçsə, ümumi mühitə və postmünaqişə dövründə normallaşma prosesinə bir o qədər müsbət təsir göstərəcək. Biz anlamırıq ki, Ermənistan hələ də bu strukturların saxlanmasında niyə maraqlıdır”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:19 / 25.04.2025
XİN başçısı: “Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur”
Hazırda oxunan: XİN başçısı: “Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur”
Hazırda oxunan: XİN başçısı: “Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur”
246097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.