Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

246091

Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Bizim.Media xəbər verir ki, Ceyhun Bayramov görüş zamanı iki tərəf arasında əməkdaşlıq məsələləri, postmünaqişə dövrü ilə bağlı mövzular və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə geniş fikir mübadiləsinin aparıldığını bildirib.

Nazir qeyd edib ki, görüşdə, həmçinin ATƏT-ə üzv ölkələri və qonşu regionları əhatə edən coğrafiyada mövcud vəziyyət və mümkün həll yolları müzakirə olunub.

Tərəflər etnik və dini dözümsüzlük, ölkələr arasında inamın azalması kimi aktual problemlərə toxunaraq, bu cür kövrək münasibətlər fonunda ATƏT-in qərar qəbuletmə mexanizminin yeni çağırışlara çevik adaptasiya olunması zərurəti barədə fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO