Tulin Ələkbərova kafedə qadını döyməkdə İTTİHAM OLUNUR

Tulin Ələkbərova kafedə qadını döyməkdə İTTİHAM OLUNUR

Hazırda oxunan: Tulin Ələkbərova kafedə qadını döyməkdə İTTİHAM OLUNUR

246072

Kikboksçu Tulin Ələkbərova qadını döyməkdə ittiham edilir.

Bizim.Media "Qafqazinfo.az"a istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl Nərimanov rayonunda yerləşən kafelərdən birində qeydə alınıb.
 

Döyüldüyünü deyən qadın bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayətçi ərizəsində mübahisə zəminində Tulinin onu yumruqla vurduğunu deyib, məsələ ilə əlaqədar qanunauyğun tədbir görülməsini xahiş edib.


Polis tərəfindən aparılan istintaqla T.Ələkbərova xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən kikboksçu barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Tulinin təqsiri sübuta yetirilərsə, o, cərimə, azadlığın məhdudlaşdırılması və ya iki ilə kimi həbsə məhkum edilə bilər.

Qeyd edək ki, Tulin Ələkbərova qaydasız döyüş üzrə məşqçi kimi də fəaliyyət göstərir. O, ötən il sevgilisi tərəfindən döyülməsi ilə gündəmə gəlmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO