Azərbaycanda yalnız bu şəxslər PUA-dan istifadə edə biləcək - QƏRAR

Azərbaycanda yalnız bu şəxslər PUA-dan istifadə edə biləcək - QƏRAR

Hazırda oxunan: Azərbaycanda yalnız bu şəxslər PUA-dan istifadə edə biləcək - QƏRAR

246060

Azərbaycanda pilotsuz uçan aparatların sistemlərinin (PUAS) istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nda öz əksini tapıb.

Qərara əsasən, hər bir hüquqi şəxsin eyni vaxtda yalnız bir istismarçı sertifikatı ola bilər.
 

Bundan başqa, istismarçı sertifikatının alınması üçün istismarçı aşağıdakı məlumatları və sənədləri şəxsən və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinə təqdim etməlidir:


- istismarçının adı, ünvanı, qeydiyyat haqqında dövlət reyestrindən çıxarışın surəti, elektron ünvanı və əlaqə nömrəsi;

- istismarçının mərkəzlə əlaqə yaratdığını təsdiq edən arayış;

- istismarçının PUAS əməliyyatlarının həyata keçirilməsi ilə bağlı fəaliyyətini, habelə bu Qaydalara uyğunluğunu təmin etmək üçün yerinə yetirdiyi müvafiq prosedurları özündə ehtiva edən istismarçının təlimatı;

- istismarçının sahib olduğu PUA-ların qeydiyyat sertifikatlarının surəti;

- istismarçının aidiyyəti şəxsi heyətinin siyahısı;

- “Dövlət rüsumu haqqında” qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və “Aviasiya haqqında” qanununa uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO