Misir Şahquliyev məsuliyyətdən AZAD EDİLDİ

Misir Şahquliyev məsuliyyətdən AZAD EDİLDİ

Hazırda oxunan: Misir Şahquliyev məsuliyyətdən AZAD EDİLDİ

246057

Nüfuz alverində ittiham edilən vəkil Misir Şahquliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bizim.Media xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
 

Şahquliyevin vəkili Kamandar Nəsibov bildirib ki, məhkəmə araşdırmasının sonunda müvəkkilinin əməli tövsif edilib. Maddə dəyişdiyindən cinayət təqibinə xitam verilib. Misir Şahquliyev cinayət məsuliyyətindən azad edilib.


Qeyd edək ki, M.Şahquliyev prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi.

İddia olunurdu ki, təqsirləndirilən şəxslərdən birinin müdafiəçisi qismində iştirak edən Misir Şahquliyev öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına təsir etmək imkanının olmasını bildirib, müvəkkilinə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul alıb.

Vəkil barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO