Bakıda sürücülər yol üstündə dava etdilər - Ölən var

Bakıda sürücülər yol üstündə dava etdilər - Ölən var

Hazırda oxunan: Bakıda sürücülər yol üstündə dava etdilər - Ölən var

246055

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu Əliyev ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Yasin oğlu Əhmədov Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
 

Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində makler kimi fəaliyyət göstərib. Bu gün səhər saatlarında onun idarə etdiyi avtomobillə Maksimin taksi kimi sürdüyü maşın yolda üz-üzə gəlib və yol vermək üstündə aralarında mübahisə baş verib.


Hadisənin də bu mübahisə səbəbindən törədildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO