Gəncədə ağır xəsarətlər alan şagird Bakıya aparılıb.
Gəncədə məktəblilər arasında baş verən dava zamanı xəsarət alan Fərid Quliyev Bakı şəhərinə aparılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, xəsarəti ağır olan Quliyev müalicə üçün Kliniki Tibbi Mərkəzə köçürülüb.
Məlumat üçün bildirək ki, şəhərin Yeni Gəncə yaşayış massivində Ə.Cavad adına 2 saylı tam orta məktəbin şagirdləri arasında insident baş vermişdi.
Hadisə zamanı adıçəkilən şəxs ciddi xəsarətlər almışdı.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu