Sertifikasiyadan keçməyən həkimlərlə bağlı YENİLİK

Sertifikasiyadan keçməyən həkimlərlə bağlı YENİLİK

Hazırda oxunan: Sertifikasiyadan keçməyən həkimlərlə bağlı YENİLİK

246017

Sertifikasiya imtahanından keçməyən tibb mütəxəssisləri təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.
 

Dəyişikliyə əsasən, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.


Belə ki, davamlı peşəkar inkişafın illik və 5 illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidir.

Layihədə sertifikasiya imtahanından keçməyən işçilərin 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşının saxlanılması müəyyən edilib.

Dəyişiklik layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq səhiyyə mütəxəssislərinin sertifikasiyası keçirilir.
 

Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəailiyyətinə buraxılmasına yol verilmir.


Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO