Bakıda professorun meyiti TAPILDI – FOTO

Bakıda professorun meyiti TAPILDI – FOTO

Hazırda oxunan: Bakıda professorun meyiti TAPILDI – FOTO

245990

Bakıda mənzildən meyit tapılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, aprelin 24-ü saat 12 radələrində 1947-ci il təvəllüdlü Rahilə Hüseyn qızı Quliyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Yasamal rayonu Şərifzadə küçəsi ev 408 ünvanındakı mənzildə tapılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 

Bildirilib ki, vəfat edən R.Quliyeva Bakı Slavyan Universitetinin Dissertasiya şurasının sədri, Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, filologiya elmləri doktoru olub.


Universitetin rektoru Anar Nağıyev sosial şəbəkədə onun vəfatı ilə əlaqədar başsağlığı paylaşaraq R.Quliyevanın son günlərədək elmi fəaliyyətini davam etdirdiyini və bir neçə gün öncəyədək universitetə gəldiyini qeyd edib.  


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO