Qadın onu döyən ərini məhkəmədə bağışladı: “Şikayət və tələbim yoxdur”

Qadın onu döyən ərini məhkəmədə bağışladı: “Şikayət və tələbim yoxdur”

Hazırda oxunan: Qadın onu döyən ərini məhkəmədə bağışladı: “Şikayət və tələbim yoxdur”

245988

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Bəkir Quliyevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə 26 mart 2025-ci il tarixdə, saat 23:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.
 

Belə ki, Bəkir Quliyev yaşadıqları evin qonaq otağında arvadı, zərərçəkmiş Bahar Quliyeva (ad, soyadı şərtidir) ilə ailə məişət zəminində mübahisə edib. Bu zaman o, qəsdən əl zərbəsi ilə qadının sifət nahiyəsinə bir dəfə vuraraq, ona sağlamlığına yüngül zərər yetirib.


Hadisədən sonra Bəkir Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmə iclasında zərərçəkmiş Bahar Quliyeva yazılı ərizə təqdim edərək əri ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib. (pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO