Azərbaycanda çalışan çinli müəllimlərin Bakı-Pekin yaxınlaşması ilə bağlı TƏƏSSÜRATLARI – ÖZƏL

Azərbaycanda çalışan çinli müəllimlərin Bakı-Pekin yaxınlaşması ilə bağlı TƏƏSSÜRATLARI – ÖZƏL

Hazırda oxunan: Azərbaycanda çalışan çinli müəllimlərin Bakı-Pekin yaxınlaşması ilə bağlı TƏƏSSÜRATLARI – ÖZƏL

245914

“Son illərdə “Bir Kəmər, Bir Yol” təşəbbüsünün həyata keçirilməsi ilə Çin və Azərbaycan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib”.

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı Azərabyacan Dillər Universitetində çalışan çinli müəllim Li Biyao deyib. Azərbaycan liderinin Çinə dövlət səfəri ilə bağlı fikirlərini bölüşən müəllim, iki ölkə arasında möhkəm körpülərin qurulmasından məmnunluq ifadə edib.

“Avrasiya qitəsinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropanı birləşdirən mühüm nəqliyyat qovşağı rolunu oynayır. İki ölkə enerji, nəqliyyat, rabitə və digər əsas sahələrdə sıx əməkdaşlıq qurub. Qarşılıqlı maraqların genişlənməsi və infrastrukturun inkişafı fonunda Çin və Azərbaycan arasında gələcək əməkdaşlıq perspektivləri daha da ümidverici görünür”, - deyə Li Biyao bildirib.

Universitetin digər müəllimi Vang A Cangda həmkarının fikirlərini dəstəkləyir. O, Azərbaycanla Çin arasında müsbət inkişaf dinamikasının davam edəcəyini vurğulayıb.

“Görüş iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirdi. Biz iki ölkə arasında tərəfdaşlığın gələcəyinə tam inamla baxırıq və inanırıq ki, hər iki tərəfin birgə səyləri ilə Çin-Azərbaycan münasibətləri yeni bir səviyyəyə yüksələcək”, - deyə Vang A Cang deyib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO