"WhatsApp" end-to-end şifrələmə ilə mesajlarınızı qorusa da, bəzi hallarda şəxsi məlumatlarınız risk altında ola bilər. Bu, əsasən istifadəçilərin təhlükəsizlik tədbirlərinə riayət etməməsi və ya kibercinayətkarların sosial mühəndislik üsullarından istifadə etməsi ilə bağlıdır.
Bizim.Media “WhatsApp”da məlumatların oğurlanma risklərini təqdim edir:
1. Phishing (aldadıcı linklər): Fırıldaqçılar, “WhatsApp” və ya SMS vasitəsilə saxta linklər göndərərək sizdən məlumat almağa çalışa bilər. “Hesabınız bloklanacaq”, “mükafat qazandınız” kimi mesajlar təhlükə yarada bilər.
2. İki mərhələli təsdiqin aktiv olmaması: Əgər iki mərhələli doğrulama (2FA) aktiv deyilsə, kimsə sizin telefon nömrənizlə hesabınıza giriş edə bilər.
3. “WhatsApp Web” istifadəsi zamanı diqqətsizlik: “WhatsApp Web”dən istifadə edərkən, açıq qalmış sessiya vasitəsilə üçüncü şəxslər mesajlarınıza daxil ola bilər.
4. Zərərli proqramlar (malware): Telefonunuza yüklədiyiniz qeyri-rəsmi tətbiqlər və ya fayllar cihazınızı riskə ata bilər. (Metbuat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:55 / 24.04.2025
"WhatsApp Web" vasitəsilə şəxsi məlumatlar oğurlana BİLƏR
Hazırda oxunan: "WhatsApp Web" vasitəsilə şəxsi məlumatlar oğurlana BİLƏR
Hazırda oxunan: "WhatsApp Web" vasitəsilə şəxsi məlumatlar oğurlana BİLƏR
245827
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.