FAKTİKİ HAVA: Bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb

FAKTİKİ HAVA: Bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb

245815

Bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 24-ü saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Naxçıvan MR-da yağıntılar leysan xarakterli olub.
 

Belə ki, düşən yağıntının miqdarı Şərurda 24, Şahbuzda 19, Sədərəkdə 15, Naxçıvanda 8, Lənkəranda 6, Beyləqan, Culfa, Ordubad, Yardımlı, Gədəbəy, Lerik, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Astara, Cəlilabad, Kəlbəcər, Zəngilan, Laçın, Füzuli və Daşkəsəndə 4, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.


Qərb küləyi əsib, küləyin sürəti Göygöldə 23 m/s, Daşkəsəndə 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO